"Pambıqçılıq sahəsində əməkdaşlıq imkanlarımız genişdir"

Azərbaycanla Pakistan arasında pambıqçılıq və pambıq yağı istehsalı sahəsində əməkdaşlıq imkanları genişdir. Düyü istehsalı sahəsində də əlaqələr mövcuddur. SİA-nın məlumatına görə, bunu Bakıda səfərdə olan Pakistanın federal milli ərzaq təhlükəsizliyi və tədqiqat naziri Sikandar Hayat Xan Bosa məlumat verib.

Nazir qeyd edib ki, birgə sərgilərin keçirilməsi təklifi mövcuddur: "Gələn ilin may ayından etibarən Pakistanda yetişdirilən məhsulların Azərbaycanda sərgisi təşkil oluna bilər".

Onun sözlərinə görə, Azərbaycan məhsullarının da Pakistanda eyni qaydada sərgisinin keçirilməsi mümkündür.

Qonaq bildirib ki, iki ölkə arasında tədqiqatçıların, tələbə heyətinin mübadiləsi ilə bağlı qərarlar veriləcək. O qeyd edib ki, bununla bağlı Bakıda keçirilən birgə işçi qrupunun birinci iclasında müzakirələr də aparılıb.

Müəllif: Ruqiyyə Nəcəfzadə
loading...