Blokçeyn texnologiyasının tətbiqi imkanları ilə bağlı görüş keçirilib

24 noyabr 2017-ci il, Bakı: Maliyyə texnologiyaları üzrə müasir çağırışlar və qabaqcıl trendlər Mərkəzi Bankda yaxından izlənilir və beynəlxalq təcrübə öyrənilməklə fəaliyyətin effektivliyinin və səmərəliliyinin təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə xarici təşkilatlar ilə davamlı müzakirələr aparılır, yeni təşəbbüslərin ölkəmizdə tətbiqi araşdırılır. SİA-nın məlumatına görə, həyata keçirilən tədbirlər çərçivəsində 24 noyabr 2017-ci il tarixində Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyevin rəhbərliyi ilə İsveçrənin Cənubi Qafqaz regionu üzrə Əməkdaşlıq Ofisinin regional direktorunun müavini xanım Simone Haeberli və İsveçrənin “Trüb Trading” şirkətinin İdarə Heyətinin sədri cənab Christoph Franzen ilə görüş keçirilmişdir.

Görüşdə xarici dövlətlərdə blokçeyn texnologiyasının tətbiqi həlləri, elektron identifikasiya sistemlərinin informasiya və ödəniş sistemlərinə inteqrasiyası imkanları, müvafiq olaraq Gürcüstan və Estoniya təcrübələri barədə geniş müzakirələr aparıldı.

Görüşdə həmçinin qurumlar arasında yeni əməkdaşlıq istiqamətləri və perspektivləri müzakirə olundu.

Müəllif: Ruqiyyə Nəcəfzadə
loading...