Büdcə layihəsi xalqımızın rifahına doğru atılmış mütərəqqi addımdır!

Böyük uğurla həyata keçirilən sosial-iqtisadi siyasət, son illərdə Azərbaycanda yaradılmış güclü iqtisadi potensial belə deməyə əsas verir ki, Azərbaycan hələ uzun illər bu liderlik missiyasını davam etdirəcəkdir

Müasir Azərbaycan iqtisadiyyatının inkişaf xüsusiyyətləri sırasında mühüm məqamlardan biri son illərdə dövlətin düşünülmüş şəkildə iqtisadiyyatın idarəedilməsində rolunun əhəmiyyətli dərəcədə gücləndirilməsi hesab edilə bilər. Bu özünü ilk növbədə dövlət büdcəsinin hazırlanması və qəbulu prosesində təzahür etdirir. Ümumiyyətlə, son illərdə ölkəmizdə dövlət büdcəsinin cəmiyyətin sosial və iqtisadi inkişafında rolu yüksəlmişdir. Bütövlükdə, dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının, vəzifə və problemlərinin həlli, dövlətin konkret funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitlərinin toplanmasını və istifadəsini təmin etməkdir. Bu isə dövlət büdcəsinin tərtibi və icrasına məsuliyyətlə yanaşmağı, büdcə xərclərinin səmərəliliyinin artırılması üçün təkmil mexanizmlərin mövcud olmasını tələb edir ki, bunun da əsasında uğurlu dövlət quruculuğu faktoru dayanır. Bu baxımdan, 2018-ci ilin dövlət büdcəsi ölkənin iqtisadi kursuna, ortamüddətli maliyyə siyasətinə, iqtisadi və sosial inkişaf proqnozlarına və müvafiq dövlət proqramlarına uyğun hazırlanmışdır.

Sahibkarlığın inkişafı və bu sahəyə göstərilən diqqət və qayğı da artırılacaq ki, bütün bunlar birbaşa dövlətimizin social siyasət tendensiyasına önəmli töhfələrini verəcəkdir

Digər tərəfdən, ölkənin iqtisadi inkişafından, neft və qeyri-neft strategiyasının səmərəli nəticələrindən əldə edilən dividentlər insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir. Bu istiqamətdə görülən müsbət işlər deməyə əsas verir ki, Azərbaycan vətəndaşlarının sosial rifah halı qarşıdakı illərdə daha da yaxşılaşacaq. Habelə, sahibkarlığın inkişafı və bu sahəyə göstərilən diqqət və qayğı da artırılacaq ki, bütün bunlar birbaşa dövlətimizin social siyasət tendensiyasına önəmli töhfələrini verəcəkdir.

Gələn ilin dövlət büdcəsi Azərbaycanın iqtisadi inkişafını real ifadə edir. Belə ki, ötən illərin dövlət büdcələərində də biz bu reallığın şahidlərinə çebrilmişik. Ümumiyyətlə, dünyada və regionda baş verən hadisələr, eyni zamanda ölkəmizin inkişaf gözləntilərinin nəzərə alınması da təqdirəlayiq hal kimi qiymətləndirilə bilər. Bu, Azərbaycan hökumətinin, bilavasitə ölkə Prezidenti cənab İlham Əıliyevin uğurlu büdcə siyasəti həyata keçirdiyini göstərir. Ona görə də tam əminliklə qənaətə gələ bilərik ki, Azərbaycanın qarşıdakı illərdə daha sürətli inkişaf meylləri əldə edəcəyinə dair proqnozlar özünü doğrultmaqdadır.

Xüsusilə, büdcə layihəsinin sosialyönümlü olması, sosial xərclərin gələn ilin büdcə layihəsində üstünlük təşkil etməsi möhtərəm Prezidentimizin sosial sahənin prioritetliyinin təmin olunması ilə bağlı verdiyi tapşırıqlara əməl olunmasının təsdiqidir. Bu həm də onu deməyə əsas verir ki, gələn ilin dövlət büdcəsi layihəsi tərtib olunarkən əhalinin rifah halının və sosial müdafiəsinin daha da gücləndirilməsi əsas məqsəd kimi qarşıya qoyulub.

Bu gün bütün uğurlu ideoloji prinsiplər Prezident İlham Əliyev cənabları tərəfindən reallaşdırılır

Gələn ilin büdcəsi ətrafında təhlillərimizi apararkən onu da deyə beilərik ki, Azərbaycan dövlətinin siyasi kursu sosial dövlətə aid edilən bu klassik tələblərə tamamilə cavab verir. Belə ki, müstəqil Azərbaycanın dövlət quruculuğu yolunda əsas strateji hədəfləri müəyyən edərkən Ümummilli Lider Heydər Əliyev bu tarixi kəlamları vurğulayıb: "Azərbaycan Respublikası öz dövlət quruculuğunda, sosial-iqtisadi problemlərin həllində tutduğu strateji yolla gedir. Bizim bu yolumuz Azərbaycanda demokratik-hüquqi sivilizasiyalı dövlət qurmaqdan, demokratik prinsipləri gündən-günə inkişaf etdirməkdən, dünyanın əldə etdiyi bütün demokratik nailiyyətləri Azərbaycanda yaymaqdan, xalqımızın sosial həyatını ən yüksək səviyyədə təmin etməkdən ibarətdir".

Bu gün bütün uğurlu ideoloji prinsiplər Prezident İlham Əliyev cənabları tərəfindən reallaşdırılır. Daha doğrusu, Azərbaycan dövlətinin əsas məqsədlərindən birinin sosial dövlət olması barədə 1995-ci ildə qəbul edilən Konstitusiyamızda birbaşa müddəa olmasa da, sonrakı illərdə Konstitusiyaya edilən əlavə və dəyişikliklərdə sosial rifah dövlətinin qurulması ilə bağlı müddəa öz əksini tapmışdır. Konstitusiyamızda Azərbaycan dövlətinin başlıca vəzifələrindən birinin vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırılması, iqtisadi azadlıqlarının təminatçısı olduğu göstərilir: " İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir".

Tam əminliklə deyə bilərik: Azərbaycan dövləti tərəfindən ardıcıl olaraq bu kateqoriyalı insanların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirilir

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev respublikamızın dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, vətəndaşa diqqət və qayğı dayandığını bəyan edir və ölkəmizin 2025-ci ildə dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxacağını qarşıya məqsəd qoyur. Prezidentin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiq olunmuş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası da bu məqsədlə işlənib hazırlanmışdır. Azərbaycanın 2003-cü ildən başlayan sürətli, dinamik, harmonik inkişafı ölkəmizi bir sıra sosial-iqtisadi göstəricilərə görə MDB və Şərqi Avropa dövlətləri sırasında ön plana çıxarmışdır. Azərbaycanın milli iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, xalqın sosial rifah halını artan xətt üzrə davamlı yüksəldilməsi məqsədilə cənab Prezidentin 6.12. 2016-cı il tarixli fərmanı ilə "Azərbaycan Respublikasının Milli İqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi" təsdiq edilmişdir. Milli iqtisadiyyatımızın əsas 11 istiqaməti üzrə inkişaf xəttini müəyyən edən bu proqramda birmənalı şəkildə nəzərdə tutulur ki, Azərbaycan 2025-ci ildən sonrakı dövrdə sosial rifah dövlətinə çevriləcəkdir.

Tam əminliklə deyə bilərik: Azərbaycan dövləti tərəfindən ardıcıl olaraq bu kateqoriyalı insanların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirilir. İnkişaf edən ölkəmizdə sosial siyasət həyatımızın bütün sahələrinə böyük təsirini göstərməkdədir. Həyata keçirilmiş və yaxın gələcəkdə yerinə yetiriləcək tədbirlər respublikada əhalinin sosial vəziyyətinin getdikcə daha da yaxşılaşması üçün əsaslı zəmin yaradır. Ümumiyyətlə, Azərbaycanın modern dövlət quruculuğunda sosial siyasətin önəmli istiqamətlərindən biri də əlillərin sosial müdafiəsidir. Bu istiqamətdə də zəruri addımların atılması göz önündədir. İnsana qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Azərbaycan dövlətinin apardığı siyasətin mühüm prinsiplərindəndir. Azərbaycan iqtisadiyyatında ardıcıl müşahidə olunan inkişaf meylləri, ayrı-ayrı sahələrdə əldə edilən müsbət nəticələr dövlətin sosialyönümlü siyasətinin daha da gücləndirilməsinə imkan verir. İqtisadiyyatda həyata keçirilən köklü dəyişikliklər ölkədə iqtisadi sabitliyi təmin etməklə bərabər, əhalinin sosial müdafiəsini gücləndirmək üçün möhkəm zəmin yaradıb.

Həqiqətən də, dövlətimizin sosial siyasəti nəticəsində əhalinin rifahı xeyli yüksəlib, yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşüb. Son illər yüzminlərlə yeni iş yeri açılıb ki, bu da işsizliyin aradan qaldırılmasında müstəsna rol oynayır. Azərbaycanda sosial dövlət quruculuğu uğurla həyata keçirilir. Xalqın güzəranının yaxşılaşdırılması üçün bütün imkanlardan yüksək səviyyədə istifadə edilir. Bütövlükdə, son illər ərzində çox ciddi sosial tədbirlər həyata keçirilib.

Onu da qeyd etmək lazımdır ki, hər il dövlət büdcəsinin təxminən 30 faizə qədəri sosial məsələlərə yönəldilir ki, bu da ölkəmiz üçün tamamilə məqbuldur. Bir sözlə, sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir.

Hər bir vətəndaşın, onun ailə üzvlərinin həyatı və rifahı naminə layihələrə üstünlük verilir!

Beləliklə, nəticəyə gələ bilərik ki, sosial dövlətin qurulmasının əsas şərtlərindən biri isə həmin dövlətdə sosial ədalətin səviyyəsi sayılır. Heç də təsadüfi deyildir ki, dövlətimizin əsas prinsiplərdən biri kimi sosial ədalət prinsipi götürülür, sosialyönümlü iqtisadiyyata malik olan dövlətlərdə dövlət vergi, sosial və məqsədli yardım mexanizmlərindən istifadə edərək, cəmiyyətin ən imkanlı təbəqələrinin imkansızlara yardımını və onların yaşayışı üçün minimum həyat şəraitinin təmin olunmasını təşkil edir. Belə cəmiyyətlərdə sosial sabitliyə nail olmaq, humanizm və ədalət prinsiplərini qorumaq dövlətin siyasətinin əsas istiqamətlərindəndir.

Onu da qeyd etmək istərdim ki, sosial dövləti xarakterizə edən parametrlərdən biri də sosial müdafiə tədbirlərinin ardıcıllığı və təminatlılıq səviyyəsidir. Azərbaycan dövləti tərəfindən davamlı olaraq çoxsaylı sosial müdafiə tədbirləri həyata keçirilir, əmək haqqı, pensiya, müavinət (yaşa, işsizliyə, ailə başçısını itirməyə, əlilliyə, şəhid ailəsinə, veteranlara, xəstəliyə, hamiləliyə, doğuşa, çoxuşaqlılığa və s. görə), təqaüd (tələbələrə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə, şəhid ailələrinə, yaradıcı şəxslərə və s.) verilir, icbari təhsil və tibbi xidmət dövlət vəsaiti hesabına həyata keçirilir, sığorta xidmətləri genişləndirilir. Bu baxımdan, bütün cəmiyyətin rifah halının yüksəldilməsi vacib məsələlərdəndir. Çünki sosial dövlət dövlətçiliyin inkişafının yeni bir mərhələsi olub, maddi nemətlər bolluğu yaratmaqla, hər bir vətəndaşın yüksək rifah halını təmin edir. Ümumi daxili məhsulun həcminin artması, dövlət büdcəsinin çoxalması, investisiya qoyuluşu imkanlarının genişlənməsi cəmiyyətin bütün təbəqələrindən olan insanların sosial rifah halının yüksəlməsinə imkan yaradır. Bizlər də millət vəkili olaraq, bilavasitə bu amillər üzərində fəaliyyət istiqamətimizi qururuq. Ona görə ki, sosial dövlət vətəndaş - cəmiyyət - dövlət münasibətlərinin yeni bir forması, daha yüksək səviyyəsi olub, hər bir vətəndaşın, onun ailə üzvlərinin həyatı və rifahı naminə layihələrə üstünlük verir, insanların öz potensial imkanlarını reallaşdırmaq üçün hüquqi və iqtisadi müstəvidə qanuni şərait yaradır. Məhz qəbul edilən yeni büdcə layihəsi özündə bu amilləri ehtiva etməkdədir.

Yeri gəlmişkən, Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulamışdır: "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının və Azərbaycan dövlətinin maraqları dayanır. Hesab edirəm ki, bu iki əsas amil Azərbaycanda artıq çox güclü dayaqlara malikdir. Həm sosial, həm iqtisadi, həm də xarici siyasətlə bağlı atdığımız addımlar bizə böyük uğur gətirib və dünyada Azərbaycana çox böyük rəğbət var".

Həqiqətən də Azərbaycan dövləti bir sosial dövlət olaraq öz vətəndaşlarının sosial, iqtisadi, hüquqi və mənəvi azadlıqlarını təmin edir, cəmiyyət üzvləri arasında sosial bərabərsizliyi minimuma endirməyə çalışır, sosial ədalətə, sosial sülhə və sosial əməkdaşlığa söykənən yeni münasibətlərin yaranmasına səy göstərir və buna nail olur. Böyük uğurla həyata keçirilən sosial-iqtisadi siyasət, son illərdə Azərbaycanda yaradılmış güclü iqtisadi potensial belə deməyə əsas verir ki, Azərbaycan hələ uzun illər bu liderlik missiyasını davam etdirəcəkdir.

NƏRİMAN ƏLİYEV, millət vəkili

Bütün xəbərlər Facebook səhifəmizdə