BQS dəmir yolunun Naxçıvan polad magistrallarına birləşdirilməsi 2020-ci ildə başlanıla bilər

Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvan polad magistrallarına birləşdirilməsi layihəsinin müzakirəsi gündəmdədir və Azərbaycan buna ciddi maraq göstərir. Bu barədə İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) “Transmilli nəqliyyat dəhlizlərinin inkişaf perspektivləri” mövzusunda 33-cü iclası çərçivəsində gerçəkləşən panel iştirakçılarına məlumat verilib.

Paneldə SİA-nın xüsusi müxbirinin sualını cavablandıran “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov qeyd edib ki, Türkiyə tərəfi bu layihəni 2020-ci ildə başlamağı planlaşdırır. Bu yolun bir hissəsi dağlıq ərazidən keçir. Texniki əsaslandırmaya dair ilkin cizgilər mövcuddur. Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslanla bu layihə barədə müzakirələrimiz olub.

Bütün xəbərlər Facebook səhifəmizdə