"Gəlir mənbəyi olmadan xərclərin artırılması yolverilməzdir"

"Ola bilsin ki, bəzi xərclərin artırılmasına ehtiyac var. Bununla belə, dövlətin xərcləri gəlirləri ilə uzlaşmalıdır". SİA-nın məlumatına görə, maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı millət vəkillərinin bəzi xərclərin artırılması ilə bağlı irəli sürdüyü təklif və iradlara cavab verərkən deyib.

Onun sözlərinə görə, gəlir mənbəyi olmadan xərclərin artırılması yolverilməzdir: "Gəlir olmayan yerdə xərclərin artırılması qısa müddət çəkəcək və bu, böyük problemlər yarada bilər. Biz optimal səviyyədə xərcləri tənzimləməli və çalışmalıyıq ki, gəlirlərimiz qeyri-neft sektoru hesabına artsın. Azərbaycan hökuməti neftin satışından əldə olunan gəlirlərin istifadəsinə xeyli həssas yanaşır və böyük hissəni ehtiyatlara saxlayır. Çünki ehtiyatlara həssas dönəmlərdə ehtiyac olur".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə