“Gazprom” təbii qaz nəqlini bərpa edib

Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti Azərbaycana təbii qaz nəqlini bərpa edib. Bu barədə şirkət məlumat yayıb. Bildirilir ki, “Gazprom Export” şirkəti ilə SOCAR təbii qazın nəqlinə dair razılığa gəliblər. Moskvada imzalanan müqaviləyə görə, Azərbaycan bazarına 1,6 milyard kubmetr Rusiya təbii qazı nəql olunacaq.

Qeyd edək ki, ötən ay şirkətin Direktorlar Şurası Azərbaycanda “Gazprom” korporasiyasının nümayəndəliyinin açılması ilə bağlı məsələləri razılaşdırıb.

“Gazprom” 2000-2006-cı illəri əhatə edən dövrdə Azərbaycana təbii qaz nəql edib. “Şahdəniz” yatağının istismara verilməsindən sonra təbii qazın nəqli dayandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə