May ayında büdcədə dəyişiklik edilə bilər

"Gələn ilin may ayında büdcədə dəyişiklik edib, neftin qiymətinə yenidən baxa bilərik”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov parlamentdə 2018-ci il üzrə büdcə müzakirələri zamanı deputatların neftin qiymətinin büdcədə 45 dollardan götürülməsi ilə bağlı narahatlığına cavab olaraq deyib.

O qeyd edib ki, neftin qiymətinin hazırda 45 dollardan götürülməsində məqsəd riskləri qabaqlamaqdır: “Hazırda neftin qiyməti bu göstəricidən yuxarıdır. Belə olacağı təqdirdə, biz gələn il büdcəyə may ayında yenidən baxa bilərik. Təki neftin qiyməti düşməsin”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə