AZPROMO AZAL ilə birgə layihə həyata keçirir

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) "Azərbaycan Hava Yolları" QSC (AZAL) ilə layihə həyata keçirir. SİA xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov deyib.

O bildirib ki, layihədə Azərbaycan məhsullarının təyyarələrdə sərnişinlərə təklif edilməsi, təqdim olunan məhsulların çeşidinin artırılması nəzərdə tutulur. Həmçinin hava limanında ölkə məhsullarının yerli və xarici qonaqların dadması üçün daha fəal şəkildə təqdim edilməsi nəzərdə tutulub.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə