SOCAR ildə $140-150 milyon gəlir əldə etməyi planlaşdırır AÇIQLAMA

10 ayda Azərbaycanın qeyri-neft sektorunun ixracı $1 219 milyon təşkil edib. Bunun $122,6 milyonu SOCAR müəssisələrinin neft və qazdan kənar məhsul və yarımfabrikatlarının payına düşüb". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı İlham Şaban deyib.

Onun sözlərinə görə, 2018-ci ildən SOCAR-ın Sumqayıtda, qeyri-neft sektorunda 3 iri zavodu istismara veriləcək: "Polimer, yüksək sıxlıqlı polietilen və gübrə. 2019-da onlar layihə gücünə çatdıqda məhsullarının 70%-i ixraca yönəldiləcək. Təkcə gübrə ixracından SOCAR ildə $140-150 milyon gəlir əldə etməyi planlaşdırır. Metanol ixracı isə $75-80 milyon gəlir gətirə bilər. Bu da son deyil, belə ki, "Azərkimya"nın modernizasiyası 2020-yə qədər yekunlaşandan sonra buradakı zavodlarda istehsal olunan kimya məhsullarının ixracı 2 dəfədən çox artacaq və illik proqnoz gəlir $150-200 milyona qədər (bazar qiymətlərindən asılı olaraq) yüksələ bilər".

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə