Rusiya 18 ton pomidoru Azərbaycana qaytarıb

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin Dağıstan üzrə İdarəsi tərəfindən Yaraq-Qazmalar gömrük keçid məntəqəsinin "Cənub Gömrük Texminalı" ASC-də aparılan araşdırma zamanı Azərbaycandan idxal olunan alma və xurmada Kaliforniya qalxanlı yastıcası aşkarlanıb.

Kaliforniya qalxanlı yastıcası ciddi təhlükə yaratmadığından məhsulun Rusiyaya idxalına qadağa qoyulmayıb.

Lakin İdarənin əməkdaşları Azərbaycandan 18 ton pomidorun Rusiyaya idxalının qarşısını alıb. Buna səbəb məhsulun müvafiq sənədlərinin saxta olmasıdır. Bu səbəbdən məhsul geri qaytarılıb.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə