Amerika fond bazarında Dow Jones indeksi 0,31% - 23 430,33 bəndədək, S&P 500 0,13% - 2 582,14 bəndədək, NASDAQ isə 0,12% - 6 790,72 bəndədək bahalaşıb.

SİA xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,12% - 7 389,46 bəndədək, Almaniya DAX-ı 0,50% - 13 058,66 bəndədək, Fransa CAC-40-ı isə 0,40% - 5 340,45 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 4,30 dollar bahalaşaraq 1 279,60 dollara, gümüşün qiyməti isə 0,11 dollar artaraq 16,95 dollara satılıb.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə