Azərbaycanla Rusiya arasında ticari münasibətlər yüksək səviyyədədir

Azərbaycan və Rusiya prezidentlərinin səyi nəticəsində ölkələrimiz arasında əlaqələr strateji və iqtisadi tərəfdaşlıq səviyyəsinə yüksəlib. Hər iki ölkə arasında ticari münasibətlər əməkdaşlığın mühüm istiqamətlərindən biridir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Təsadüfi deyil ki, Azərbaycanın ilk ticarət nümayəndəliyi Rusiyada açılıb.

"2016-cı ildə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artaraq 2 milyard dollara çatıb. 2017-ci ilin 9 ayı ərzində Azərbaycan və Rusiya arasında ticarət əlaqələri ötən ilin müvafiq dövrünə nisbətən 6,5% artıb.

Rusiyanın Azərbaycanda fəaliyyət göstərən 70 şirkəti ölkəmizə 3 milyard dollar sərmayə yatırıb. Eyni zamanda, Azərbaycan şirkətləri Rusiya iqtisadiyyatına 1 milyard dollar investisiya qoyublar.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə