Azərbaycan regionda ən az terror təhlükəsi olan ölkədir ŞƏRH

London İqtisadiyyat və Sülh İnstitutunun bu il üçün tərtib etdiyi Qlobal Terrorizm İndeksində (The Global Terrorism Index) Azərbaycan regionda ən az terror təhlükəsi olan ölkədir. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sahib Alıyev deyib.

Onun sözlərinə görə, Azərbaycan 95-ci, Gürcüstan 77-ci, Ermənistan isə 75-ci, yerdədir: “Maraqlıdır ki, Fransa , ABŞ və Böyük Britaniya kimi qərb dövlətləri də terror təhlükəsi baxımından bizdən qat-qat ön sıralardadırlar. Buna uyğun olaraq 23, 32, və 35-ci pillədə yer alıblar.

Bu il terrorun ən çox baş verdiyi ölkələrin ilk onluğunda isə çox təəssüf ki, qardaş Türkiyə də var. İlk onluqdakılar bunlardır: İraq, Əfqanıstan, Nigeriya, Suriya, Pakistan, Yəmən, Somali, Hindistan, Türkiyə, Liviya”.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə