Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən yeniyetmələr üzrə liqa yarışlarına start verilib. Liqa yarışları 16-18 noyabr tarixlərində seçmə mərhələ ilə başlayıb. Yarışlar yeniyetmələr arasında ilk dəfə təşkil edilir.

Seçmə mərhələdən sonra liqa yarışları 6 yüksək və 8 standart komanda olmaqla Bakı və Sumqayıt şəhərlərini təmsil edən 2006-cı il və daha kiçik təvəllüdlü idmançılardan ibarət 14 oğlan və 14 qız komandası arasında keçiriləcək.

Liqa yarışları gələcəkdə respublikanın bütün regionlarını əhatə edəcəkdir.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə