Ermənistanın bu iddiasının heç bir iqtisadi əsası yoxdur AÇIQLAMA

“Dünya üzrə avtomobil yolları ilə daşınan yüklərin 2030-cu ilə qədər 30% nin, 2050-ci ilə qədər isə 50%-nin dəmir yolları üzərinə keçirilməsi proqnozlaşdırılır. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, 2050-ci ildə dəmir yolu ilə daşımalarını 87% artması gözlənilir: “Bakı-Tbilisi-Qars dəmir yolun ilkin mərhələdə ildə 1 milyon sərnişin və 6.5 milyon ton yük daşımaq gücünə sahibdir. Dəmir yolunun ildə 3 milyon sərnişin və 20 milyon ton yük daşımaq potensialı vardır. BTQ layihəsi qərb istiqamətində Türkiyə ərazisindən Marmaray layihəsi vasitəsilə Avrasiya tunelindən keçməklə Avropa Birliyi dəmir yolları şəbəkəsinə inteqrasiya olunub. Şərqdə isə Xəzər dənizinin şərq limanları vasitəsilə Çinə qədər uzanacaq. Qeyd etmək lazımdır ki, hazırda Qazaxıstan Respublikası Aktau limanın yük aşırma gücünü ildə 19.5 milyon tona qədər çatdırıb. Ələtdə inşa olunan Bakı Beynəlxalq Ticarət Dəniz Limanın da ilkin mərhələdə yükaşırma gücü 20 milyon ton ətrafındadır. Beynəlxalq standartlara görə dəmir yollarında 1 ton yükün 1km daşınması 0.1 dollara başa gəlir. Bu standartlar ilə hesabladıqda Azərbaycanın 20 milyon ton yük daşınmasından əldə edə biləcəyi gəlir 1 mlrd dollardan çoxdur.

Ermənilər dünyaya bəyan etmək istəyirlər ki, Bakı-Tbilisi-Qars dəmiryolu rentabelli deyil. Məhz bu konteksdə Avrasiya məkanında daha qısa, siyasi cəhətdən sabit və bütün bölgələrin inkişafına təkan verəcək bir marşruta Azərbaycan sahibdir. Əslində isə Ermənistanın bu iddiasının heç bir iqtisadi əsası yoxdur”

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə