Hərracda tələb təklifi 4,8 dəfə üstələyib

Bu gün Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib. Mərkəzi Bankdan SİA-ya verilən məlumata görə, tələb 480,8 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil edib.

Bununla da depozit hərracında tələb təklifi 4,8 dəfə üstələyib.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə