Türk pomidorları Rusiyaya ixrac olunacaq

Rusiya Kənd Təsərrüfatı Nazirliyi Türkiyədən pomidor idxalına noyabr və ya dekabr aylarında başlayacağını açıqlayıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçev çıxışlarından birində bu sözləri deyib.

O, bildirib ki, Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyi Türkiyədən göndəriləcək pomidorlara qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına dair rəsmi sənəd hazırlayır və pomidor idxalının təxminən noyabr və dekabr ayına pılanlaşdırır. Hazırlanan bu rəsmi sənəd pomidor idxalına qoyulan qadağanın aradan qaldırılmasına səbəb olacaq.

Nazirin sözlərinə görə, ilk pomidor idxalının həcmi 50 min ton olacağı gözlənilir. Bu rəqəm isə Rusiya bazarı üçün elə də böyük deyil. Rusiyaya göndərilən pomidorlar bazarın ümumi vəziyyətinə və qiymətinə təsir etməyəcək.

Müəllif: Ruqiyyə Nəcəfzadə
loading...