Etibar Pirverdiyev:“Strateji Yol Xəritəsi üzrə işlər aparılır”

“Rusiya enerji sisteminin marağı ondan ibarətdir ki, Azərbaycan üzərindən İrana elektrik enerjisi ötürə bilsin”

"Strateji Yol Xəritəsi üzrə işlər aparılır. Ancaq burada bəzi qanunvericilik aktları var ki, onların üzərində Energetika Nazirliyi, Maliyyə Nazirliyi, Nazirlər Kabineti və digər qurumlarla birgə çalışırıq. Ümid edirəm ki, qarşıya qoyulan məsələlərin hamısı "Azərenerji" tərəfindən yerinə yetiriləcək". SİA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev deyib.

E.Pirverdiyevin sözlərinə görə, Rusiya və Gürcüstana yeni 330 kilovatlıq paralel xəttin çəkiləcək: "Həm Rusiya bizdən, həm də biz onlardan enerji alırıq. Rusiya ilə biz paralel rejimdə çalışırıq. Düşünürəm ki, bəzi addımlar atdıqdan sonra Rusiyaya elektrik enerjisi ixracını artıra biləcəyik. Rusiya enerji sisteminin marağı ondan ibarətdir ki, Azərbaycan üzərindən İrana elektrik enerjisi ötürə bilsin. Təbii ki, bunun üçün bəzi texniki işlərin görülməsi vacibdir. Bu gün Azərbaycan, Rusiya və İranın enerji sistemlərinin paralel işləməsi texniki olaraq mümkün deyil. Bunun üçün Azərbaycan-İran sərhəddində sabit cərəyan qurğusu tikilməlidir. Bu yarımstansiyadan daha ciddi qurğudur. Rusiya ilə Azərbaycan arasında ikinci-paralel xəttin çəkilməsi də gündəmdədir. Hazırda 70-ci illərdə tikilmiş 330 kilovatlıq xətt fəaliyyət göstərir. Bu isə həmin enerjinin ötürülməsi üçün kifayət deyil. Gürcüstanla isə hazırda iki xətt vasitəsilə enerji mübadiləsi aparılır. Onlardan biri 500, digəri isə 330 kilovatlıq xətlərdir. Hazırda Gürcüstan lazım olan enerjini özündə saxlayır, digər hissəsini isə Türkiyəyə ötürür. Planımızda varki 330 kilovatlıq xətti ikidövrəlik edək. Yəni daha bir 330 kilovatlıq paralel xətt çəkək".

"Azərenerji" ASC prezidentinin sözlərinə görə, "Azərenerji"nin əməkdaşları bu məsələlərə xüsusi əhəmiyyət yetirməlidir: "Azərenerji" Azərbaycanda ilk dəfə SCADA sistemini tətbiq edib. Bu gün dünyanın bir çox şirkətləri "blockchain" texnologiyasını tətbiq edir. Süni intellekt artıq dünya reallığıdır. Düşünürəm ki, bizim əməkdaşlar da bu texnologiyaya diqqət yetirməlidir. Bu, Elektron Menecment Sisteminin (EMS) tərkibidir".

O həmçinin bildirib ki, “Azərenerji" ASC "blockchain" texnologiyalarından istifadəyə hazırlaşır.

E.Pirverdiyevin sözlərinə görə, "Azərenerji"nin əməkdaşları bu məsələlərə xüsusi əhəmiyyət yetirməlidir: "Azərenerji" Azərbaycanda ilk dəfə SCADA sistemini tətbiq edib. Bu gün dünyanın bir çox şirkətləri "blockchain" texnologiyasını tətbiq edir. Süni intellekt artıq dünya reallığıdır. Düşünürəm ki, bizim əməkdaşlar da bu texnologiyaya diqqət yetirməlidir. Bu, Elektron Menecment Sisteminin (EMS) tərkibidir".

Bütün xəbərlər Facebook səhifəmizdə