Dövlət büdcəsində neftin baza qiyməti 45 dollar götürülüb

Beynəlxalq maliyyə qurumları tərəfindən növbəti il üçün xam neftin 1 barrelinin 50 dollar ətrafında proqnozlaşdırılmasını nəzərə alaraq 2018-ci ilin dövlət büdcəsi gəlirlərinin hesablanması zamanı neft gəlirlərinin hesablanmasında neftin ixrac qiyməti 45 ABŞ dolları səviyyəsində qəbul edilib. Bu barədə 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında qeyd edilib.

Sənəddə deyilir ki, 2018-ci il üçün dövlət büdcəsinin gəlirləri 20127,0 milyon manat proqnozlaşdırılır ki, bu da ÜDM-in 29,0 faizi həcmində olmaqla, 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3361,0 milyon manat və yaxud 20,0 faiz, 2016-cı ilin faktiki icra göstəricisi ilə müqayisədə 2621,2 milyon manat və yaxud 15,0 faiz çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə