Bank VTB (Azərbaycan)-ın depozit portfeli artıb

2017-ci ilin 3-cü rübünün nəticələrinə görə, bank VTB (Azərbaycan)-ın depozit portfeli 4,3 mln manat artaraq 183,4 mln manat təşkil edib. Depozit portfelinin 142,9 mln manatı bank və digər maliyyə institutlarının payına düşüb.

Üçüncü rübün sonuna bankın kredit portfeli 304,5 mln manat təşkil edib. Kredit portfelinin 60%-dən çoxu hüquqi şəxslərin və sahibkarların payına düşür: təxminən 47% ticarət və xidmət sahəsinə, 15% isə sənaye sektorundakı layihələrə yönəlib.

Hesabat dövrü ərzində bankın aktivləri 395 mln manatı keçib, bankın mənfəəti isə 2,4 mln manat təşkil edib.

Normativ tələbləri 5% və 10% olan birinci və ikinci dərəcəli kapital adekvatlığı üzrə göstəricilər bankda müvafiq olaraq 33,54% və 50,69% təşkil edib.

loading...