2018-ci ildə dövlət büdcəsi 21 milyard manata yaxın olacaq

2018-ci il dövlət büdcəsi haqqında qanun layihəsi açıqlanıb. Qanun layihəsinə görə, 2018-ci il dövlət büdcəsinin gəlirləri 20 127 000,0 min manat, xərcləri 20 905 700,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 19 476 329,0 min manat, yerli gəlirləri 650 671,0 min manat, mərkəzləşdirilmiş xərcləri 20 181 608,0 min manat, yerli xərcləri 724 092,0 min manat) məbləğində təsdiq edilib.

Büdcə layihəsində bir sıra sahələrə ayrılması nəzərdə tutulan vəsaitləri təqdim edirik:

- Ümumi dövlət xidmətlərinə 3 mlrd. 620,257 mln. manat (o cümlədən, qanunvericilik və icra hakimiyyəti orqanlarının saxlanılması xərclərinə 654,946 mln. manat, beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqı xərclərinə 215,1 mln. manat, elm xərclərinə 128,060 mln. manat, dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclərinə 2 mlrd. 262,778 mln. manat, Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiyaya 281,9 mln. manat);

- müdafiə xərclərinə 2 mlrd. 738,722 mln. manat;

- məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarına 1 mlrd. 329,535 mln. manat;

- təhsil sahəsinə 2 mlrd. 1,498 mln. manat;

- səhiyyə sahəsinə 740,661 mln. manat;

- sosial müdafiə və sosial təminat 2 mlrd. 197,182 mln. manat;

- mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyətə 304,289 mln. manat;

- mənzil və kommunal təsərrüfatı 457,399 mln. manat;

- kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitinin mühafizəsi sahəsinə 656,260 mln. manat;

sənaye, tikinti və faydalı qazıntılar sahəsinə 4 mlrd. 944,376 mln. Manat;

- nəqliyyat və rabitə sahəsinə 166,791 mln. Manat;

- iqtisadi fəaliyyətə 245,511 mln. manat;

- əsas bölmələrə aid edilməyən xidmətlərə 1 mlrd. 495,203 mln. manat.

Bütün xəbərlər Facebook səhifəmizdə