DNF-dən büdcəyə 9,216 milyard manatlıq transfert

2018-ci il dövlət büdcəsinə Dövlət Neft Fondundan (ARDNF) daxilolmaların (transfertin yuxarı həddi) həcmi açıqlanıb. SİA xəbər verir ki, növbəti il ARDNF-dən büdcəyə 9,216 mlrd. manatın transferti nəzərdə tutulub. 2017-ci ildə bu rəqəm 7,5 mlrd. manat və ya 1,716 mlrd. manat çox olub.

2018-ci il dövlət büdcəsinin gəlirləri 20,127 mlrd. manat, xərcləri isə 20 mlrd. 905,7 mln. manat təşkil edəcək. Beləliklə, dövlət büdcəsinin 778,7 mln. manat məbləğində kəsirlər icra olunacağı proqnozlaşdırılır.

Müəllif: Ruqiyyə Nəcəfzadə
loading...