Aydın Əliyevin iştirakı ilə biznes-forum təşkil olunacaq

Oktyabrın 25-də "Caspian European Club" çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyevin iştirakı ilə biznes-forum təşkil olunacaq.

SİA-nın verdiyi məlumata görə, biznes-forumda klubun şirkət rəhbərlərinin gömrük nizamlanması və gömrük rejiminin sadələşdirilməsi məsələləri üzrə təşəbbüs və təklifləri müzakirə ediləcək. Forum çərçivəsində iş adamları gömrük sahəsi ilə bağlı onları maraqlandıran suallara cavab tapmaq imkanı da əldə edəcəklər.

Sıralarında dünyanın 50 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən "Caspian European Club" 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb. "Caspian European Club" və "Caspian American Club"un sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. "Caspian European Club" dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparmaqla yanaşı, həm də orta və kiçik biznesin, startapların inkişafı üzrə layihələrə informasiya və təşkilati dəstək verir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə