Vergi orqanlarına daxil olan 74 609 müraciətin 70,4 faizi müsbət həll olunub

2017-ci ilin 9 ayı ərzində vergi orqanlarına 74 609 müraciət daxil olub ki, onların 93,2 faizi ərizə, 7,3 faizi şikayət, 0,2 faizi təklifdir.

SİA-nın məlumatına görə, bu barədə Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən açıqlama verilib.

Müraciətlərin 38,7 faizi müxtəlif arayışların alınması, 31,6 faizi kameral vergi yoxlamaları, 10,4 faizi vergi borcları, 2,8 faizi vergidən yayınma, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti, 2,5 faizi vergi qanunvericiliyinin tətbiqi və digər məsələlərlə bağlıdır.

Bütün müraciətlərə vaxtında baxılıb, onların 70,4 faizi müsbət həll olunub.

Hesabat dövründə vergi orqanlarında ümumilikdə 3279 vətəndaş qəbul edilərək, onlara qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.

Həmin dövr ərzində vergilər naziri tərəfindən 4 bölgədə vətəndaşların səyyar qəbulu keçirilib. Qəbullarda 18 rayonda yaşayan 133 vətəndaş iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə