“Xəzər İnşaat Həftəsi” sərgisinə start verilir

Sabah “Xəzər İnşaat Həftəsi” sərgisi Bakı Ekspo Mərkəzində öz işinə başlayır. SİA xəbər verir ki, regionda iştirakçıların sayına görə qeyri-neft sektorunun ən böyük sərgi tədbir - “Xəzər İnşaat Həftəsi” çərçivəsində təşkil olunan üç sərgi - Azərbaycan Beynəlxalq İnşaat “WorldBuild Baku”, 10-cu Yubiley Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf Mühitin Mühafizəsi Texnologiyaları, Üzgüçülük Hovuzu və Bərpa Olunan Enerji “Aquatherm Baku-2017” və 10-cu Yubiley Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri “Securika Caspian-2017” sərgiləri, Bakı Ekspo Mərkəzinin iki salonunu əhatə edir.

Bu il “Xəzər İnşaat Həftəsi”ndə dünyanın 28 ölkəsindən 310 şirkət iştirak edir.

Azərbaycan Beynəlxalq İnşaat “WorldBuild Baku” sərgisinin iştirakçılarının 30%-ni yeni şirkətlər təşkil edir. Sərgi iştirakçılarının 40%-i də Azərbaycanın şirkətlərindən ibarətdir və bura inşaat sahəsində fəaliyyət göstərən istehsalçı, distributor və şirkətlər daxildir. “Made in Azerbaijan” brendi altında istehsal olunam yerli məhsullar xarici eksponentlər üçün ciddi rəqabət təşkil edir. Bu il sərginin daimi iştirakçıların arasında “Akkord”, “Altis group”, “Baku Steel Company”, “Faxraddin-K”, “Gilan Holing”, “Kartash”, “Komiforest”, “Nabucco”, “NB Group”, “Safe Life”, “Nimex”, “ Sobsan boya”, “Technogym”, “Yukseklik”, “Vebrostone” və digər şirkətlər var. “WorldBuild Baku-2017” sərgisinin sponsoru qismində “Corella” markası (NB Group şirkəti), informasiya tərəfdaşı qismində isə “Dom i İnteryer” (Ev və İnteryer) çıxış edir.

“WorldBuild Baku” sərgisinin xüsusiyyətlərindən biri də kollektiv milli stendlərin fəal iştirakıdır. Ənənəvi olaraq, Almaniya, BƏƏ, İran öz milli pavilyonlarını təqdim edir. Bu ilin debütantı isə milli stendi ilə çıxış edən Polşadır. Türkiyə, Çin, Rusiya və Çexiya istehsalçıları tədbirdə geniş tərkibdə iştirak edir.

Sərgi bu il inşaat materialları, keramika, üzlük daşlar, mərmər, qapı-pəncərə, interyer məhsullarının geniş çeşidini əhatə edir. Lak-boya sektoru isə həm yerli, həm də xarici şirkətlər tərəfindən geniş şəkildə təqdim ediləcək. Sərgidə otaq və giriş qapılarının, eləcə də bağ evləri və ofislər üçün metal və avtomatik açılıb-bağlanan qapıların geniş çeşidi ilə tanış olmaq mümkündür. Ənənəvi olaraq, sərgidə dam materialları və taxta emalı məmulatları geniş təqdim edilir.

18-21 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 10-cu Yubiley Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su Təchizatı, Sanitariya, Ətraf mühitin Mühafizəsi Texnologiyaları, Üzgüçülük Hovuzu və Bərpa Olunan Enerji “Aquatherm Baku-2017” sərgisi keçirilir. Keçirildiyi illər ərzində sərgi özünü istilik, havalandırma və havanın kondisiyalaşdırması (“HVAC”) üzrə peşəkarların görüşü, yeni tərəfdaş axtarışı və sərfəli müqavilələrin bağlanması, eləcə də həm Xəzər, həm də Qafqaz regionlarının bazarlarında biznesin inkişaf etdirilməsi üçün mükəmməl platforma kimi doğruldub.

Sərgi bu il dünyanın 13 ölkəsini, o cümlədən Azərbaycandan, Çindən, Fransadan, İrandan, İtaliyadan, Küveytdən, Türkiyədən və digər ölkələrdən şirkətləri bir araya gətirəcək təmsil edən 66 şirkəti bir araya toplayıb. Sərgi iştirakçıları arasında “Euroclima”, “Yusiko”, “BestTechniK”, “Azertexnolayn”, “Alarko Carrier Sanayi ve Ticaret”, “Aldaq”, “Egeplast Ege Plastik”, “Polimart”, “Termo ISI”, “Turan Makinе”, “Ultratek”, Sumqayıt Texnologiyalar Parkı (STP), “Kaskad – Hidro”, “Yetsan Pazarlama Isi Sistemleri”, UPONOR kimi şirkətlər yer alır. Builki sərginin debütantları arasında isə “Sabkond” (Azərbaycan), “Termoklimat” (Azərbaycan), “Frisquet” (Fransa), “Daboo Sanat” (İran), “Rubinetteria Paffoni” (İtalia), “Coolex” (Küveyt), UPONOR (Finlandiya) və s. yeni şirkətlər var.

“Aquatherm Baku-2017” sərgisində ventilyasiya və kanalizasiya sistemləri, hidrantlar, boru armaturları, istilik sistemləri, borular, fitinqlər, radiatorlar, suqızdırıcı qazanlar, nasoslar, nasos stansiyaları, su qızdırıcıları və bir çox digər məhsul təqdim olunacaq. Sərgidə müxtəlif istehsalçıların həm məişət, həm də sənaye təyinatlı kondisionerləri nümayiş etdiriləcək. Builki sərginin yenilikləri arasında isə qapalı sahələrdə mikroiqlimin (məsafədən) idarə edilməsi üzrə İT texnologiyalarını qeyd etmək olar. Sərgidə iştirak edən brendlər arasında “Arcelik”, “Alarko”, “AUX”, “Ecostar”, “Gree” “Immergas”, “Mitsubishi”, “Sime” və UPONOR kimi özünü doğrultmuş ticarət markaları var.

“Aquatherm Baku-2017” sərgisini zəngin işgüzar proqram da müşayiət edir, belə ki, bu il təşkilatçılar sərgi çərçivəsində ilk dəfə olaraq iştirakçılar və yerli distribütorlar arasında “B2B” formatlı görüşlərin təşkilini planlaşdırırlar. Bu görüşlərdə şəhərdə sosial binaların tikintisinə cəlb olunmuş şirkətlər də iştirak edəcək.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə