BVF: "Venesuelanın iqtisadi böhrandan xilası üçün 30 milyard dollar lazımdır"

Venesuelanın iqtisadi böhrandan xilası üçün illik 30 milyard dollar həcmində yardım lazımdır. Bu barədə məlumatı Beynəlxalq Valyuta Fondu yayıb. “Bu, dünyada istiqrazların restruktrizasiyası istiqamətində ən çətin proseslərdən biri olacaq. Bu ölkəyə illik 30 milyard dollarlıq yardım lazımdır”, – BVF bəyanatında bildirilir.

Qeyd edək ki, Venesuela BVF ilə əlaqələrini 2007-ci ildə kəsib. Venesuelada ağır iqtisadi böhran hökm sürür. Neft qiymətlərinin azalması ölkənin iqtisadiyyatına böyük zərbə vurub. Ölkənin ixracı 80% azalıb, inflyasiya isə 300%-i keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə