Neftin qiymətinə nə təsir göstərir? AÇIQLAMA

“Sentyarbın 25-də bir barelinin qyməti 60 dollara yaxınlaşan neft daha sonra dəyərini itirsə də, oktyabrın 9-dan etibarən cüzi olsa da bahalaşa bilib. Bununla belə, hal-hazırda hər barelinə 58 dollara yaxın pul ödənilən Brent markalı neftin gələcək qiyməti heç də nikbin görsənmir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bir tərəfdən şist neft, digər tərəfdən elektrik avtomobillərin istehsalının genişləndirilməsi ilə bağlı planlar neftin qiymətinin orta müddətli dövrdə yüksəlməyəcəyindən xəbər verir: “Amazon effekti” adlandırılan texnoloji yenliklər neft bazarına ciddi alternativ yaratmaqla “qara qızıla” olan tələbin azalmasına gətirib çıxarır. Xüsusilə də, Çinin elektrik avtomobillərin (EVs) istehsalı ilə bağlı planları növbəti 20 ildə neftin bir barelinin qiymətinin 20 dollara qədər aşağı düşməsinə gətirib çıxara bilər. Bunu bəlkə də təsəvvür etmək çətindir, amma dünyada ən böyük avtomobil bazarına sahib olan Çinin bu istiqamətdəki gələcək planlarının necə reallaşması neftin qiymətinə birbaşa təsir göstərəcək. Bununla belə, bu proqnozlar növbəti dekada üçündür. Hələlik isə neftin bir barelinin 50 dollar intervalında dəyişməsi daha çox bazar tarazlığına uyğundur".

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə