“AtaBank” həftənin bütün günləri fəaliyyət göstərəcək

“AtaBank” ASC Azərbaycan paytaxtında ikinci dəfə keçirilən Ticarət festivalı - “Baku Shopping Festival” zamanı iş rejimi ilə bağlı məlumatı diqqətinizə çatdırır.

Bankın aşağıdakı filialları oktyabr 15-dən noyabrın 15-dək şənbə-bazar günləri də daxil olmaqla, saat 09:00-dan – 18:00-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək:

Mərkəz filialı - Bakı şəh., Ş.Bədəlbəyli küç., 102 ; 09:00 – 18:00-dək (fasiləsiz)

Bakı filialı - Bakı şəh., Neftçilər pr., 67 ; 09:00 – 18:00-dək (fasiləsiz)

Sahil şöbəsi - Bakı şəh., Puşkin küç. 9 ; 09:00 – 18:00-dək (fasiləsiz)

Filialların müvəqqəti iş rejiminə keçidi " Baku Shopping Festival " zamanı həm yerli müştərilərə, həm də şəhərin qonaqlarına keyfiyyətli və fasiləsiz xidmət göstərmək məqsədi ilə həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə