Bakıdan Naxçıvana dəmiryolu xətti çəkilə bilər

Bakıdan Naxçıvana dəmiryolu xətti çəkilə bilər. Lakin bu dəmiryolu Qarsdan Sədərəyə çəkilməlidir. Bu işə təqribən 2-2,5 milyard dollar xərclənməsi nəzərdə tutulur. Türkiyə tərəfindən bu məbləği nə zaman ödəyəcəyini bilmirik.

SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dəmiryolu Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, bu dəmiryolu İrandan Naxçıvana Şimal-Cənub yolu tikilir: "Prezident İlham Əliyev Şimal - Cənub yolunun tikintisi ilə bağlı 500 milyon dollar kredit ayırıb. Yolun qiyməti təqribən 1 milyard dollar təşkil edir. Tikintisi başa çatdıqdan sonra İran üzərindən Naxçıvana 1 450 km yolun tikintisini bitirmiş olacağıq. Ölkə başçısı İlham Əliyev bu dəmiryolu xəttinin reallaşdırılması üzərində dayanır”.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə