Ziyad Səmədzadə: "Azərbaycanda ÜDM-in həcmi 5 dəfə artıb"

“Azərbaycan iqtisadiyyatı kifayət qədər inkişaf edib. Qlobal risklərə baxmayaraq ölkəmiz özünün potensialını gücəndirir. Azərbaycan kifayət qədər valyuta ehtiyatına mlaik olmaqla yanaşı, borc alan ölkədən borc verən ölkəyə çevrilib”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Parlamendə “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə “Şərq Tərəfdaşlığı” ölkələri parlamentlərinin cəlb edilməsi” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

Bu günlərdə “Əsrin müqaviləsi” saziışinin müddətinin uzadıldığını diqqətə çadıran Z. Səmədzadə bildirib ki, yeni razılaşma Azərbaycanın iqtisadiyyatının daha da inkişaf etməsi, valyuta axının gücləndirilməsi və yeni iş yerlərinin açılması baxımından böyük əhəmiyyətə malikdir.

Komitə sədrinin sözlərinə görə, Azərbaycanda büdcə xərcləri ÜDM-dən xeyli yüksəkdir: “Ölkəmizdə ÜDM 5 dəfə artıb. 2005-2016-cı illərdə Azərbaycanın büdcə xərcləri 8 dəfə artıb. Bu gün dövlət büdcəsinin xərcləri ÜDM-nin 34-35 faizini təşkil edir”.

“Azərbaycanda səhiyyəyə ayrılan xərclər məqsədli proqramlar əsasında formalaşdırılır. Sovet dövründə səhiyyə xərcləri əvvəllər yalnız xəstəxanalarda çarpayılar təmin edə bilirdi. Lakin bu gün səhiyyəyə ayrılan xərclərin 45-47 faizindən çoxunu məqsədli proqramlar əsasında planlaşdırılır. Bu şəkildə xərclərin planlaşdırılmasının müsbət nəticələri var”- deyə, komitə sədri vurğulayıb.

Z. Səmədzadə qeyd edib ki, Azərbaycanda sahibkarlıq çox kiçik mərhələdədir: “25 il bundan öncə sahibkarlıq ifadəsini işlədənlər cəza alırdı. Lakin bu illər ərzində biz sahibkarlıq təbəqəsini yaratmışıq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə