Boluslu kəndində yanacaqdoldurma məntəqəsi açılıb

Goranboy rayonu, Boluslu kəndi ərazisində ''SOCAR” brendi altında fəaliyyət göstərəcək yanacaqdoldurma məntəqəsi istifadəyə verilibdir. SOCAR-dan SİA-ya verilən məlumata görə, Azərbaycan ərazisində sayca 25-ci olan YDM-də POS-terminallar, ən son model Yaponiya istehsalı olan yanacaqpaylayıcı kalonkalar, yanacağın satışına və çənlərin vəziyyətinə nəzarət edəcək müasir avtomat sistemlər quraşdırılıbdır. “Premium”, “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışını həyata keçiriləcək məntəqədə 5 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Bununla da 6 kiçik avtonəqliyyat vasitəsi və 4 iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb.

YDM-in açılışında “SOCAR PETROLEUM” QSC-nin baş direktoru Toğrul Seyidov iştirak edib, bildiribdir ki, Azərbaycan ərazisində “SOCAR” brendi altında fəaliyyət göstərən YDM şəbəkəsi genişlənir və hazırda həmin məntəqələrin hər birində orta hesabla 45 nəfər çalışır. Açılış mərasimində tədbir iştirakçıları yanacaqdoldurma məntəqəsində yaradılan şəraitlə, YDM-in strukturu, iş otaqları, eləcə də burada tətbiq olunmuş müasir avadanlıqlarla tanış olublar.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə