Depozit hərracında tələb təklifi 5,6 dəfə üstələyib

Bu gün Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit keçirilib. Mərkəzi Bankdan SİA-ya verilən xəbərə görə, hərracda tələb 557,4 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil edib. Bununla da Mərkəzi Bankın depozit hərracında tələb təklifi 5,6 dəfə üstələyib.

Qeyd edək ki, bugünkü depozit hərracında 100 mln. manat vəsaitin cəlbi nəzərdə tutulmuşdu.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə