Günəş enerjisinin istehsalı kəskin azalıb

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 mlrd. 138,1 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 0,1%-lik artım müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 1% azalaraq 197,5 mln. manat təşkil edib.

Ötən 8 ay müddətində Azərbaycanda 15 243 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2016-cı ilin 8 ayı ilə müqayisədə 1% çoxdur.

Bunun 1 333,5 kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2016-cı ilin 8 ayı ilə müqayisədə 7,1% azdır.

Əlavə olaraq, bunun 13 231,4 kVt/saatı istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2016-cı ilin 8 ayı ilə müqayisədə 2,4% çoxdur.

Yanvar-avqust ayları ərzində Azərbaycanda 8,9 kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2016-cı ilin 8 ayı ilə müqayisədə 19,1% azdır.

Bu il ərzində ölkədə 28,9 kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da 2016-cı ilin yanvar-avqust ayları ilə müqayisədə 34,2% azdır.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə