Naxçıvan Avtomobil Zavodunda istehsal dayanıb

2017-ci ilin 8 ayı ərzində Azərbaycanda cəmi 30 ədəd minik avtomobili istehsal olunub. Azərbaycanda minik avtomobillərinin yeganə istehsalçısı Naxçıvan Avtomobil Zavodudur. SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, istehsal əvvəlki ilin müvafiq dövrünə nisbətən 75% azalıb.

2017-ci ilin yanvar-iyul aylarında (7 ayda) Azərbaycanda cəmi 30 ədəd minik avtombili istehsal edilmişdi. Beləliklə, Avqustda Naxçıvan Avtomobil Zavodunda istehsal dayanıb.

01.09.2017-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 131 ədəd təşkil edib. 01.08.2017-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 133 ədəd idi. Avtomobillər satılmadığından Naxçıvan Muxtar Respublikası Ali Məclisi zavoda dəstək verir. Bu günlərdə zavodun bi neçə avtomobili alınaraq dövlət qurumlarına verilib.

Azərbaycanda yük avtomobilləri istehsalı 99% artaraq 4 ədəd, xüsusi təyinatlı kommunal maşınların istehsalı 98,6% artaraq 1 970 ədəd, traktorların istehsalı isə 50,3% artaraq 941 ədəd təşkil edib.

Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu "NAZ-Lifan" markalı minik avtomobilləri istehsal edir. Avtomobillərin ehtiyat hissələri Çindən idxal olunur. Müəssisənin ən iri müştərilərindən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi idi. Avtomobillər dövlət büdcəsi vəsaitləri hesabına alınaraq əlillərə hədiyyə olunurdu.

Məhsul növləri

2017-ci ilin yanvar-avqust aylarında istehsal edilmişdir

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

01.09.2017-ci il vəziyyətinə hazır məhsul ehtiyatı

Traktorlar, ədəd

941

150,3

4

Xüsusi təyinatlı kommunal maşınlar, ədəd

1 970

198,6

339

Yük avtomobilləri, ədəd

4

1,1

2

Minik avtomobilləri, ədəd

30

25,2

131

Yüklərin daşınması üçün sair qoşqular və yarımqoşqular, ədəd

2

0,7

2

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə