BP prezidenti: "Bizim Azərbaycan qarşısındakı öhdəliklərimiz bitmir"

"Əsrin müqaviləsi" Heydər Əliyevin əməyinin bəhrəsidir. Yeni həyat məhz o dövrdən başladı. Bugünkü saziş isə ərəfdaşlığın yeni səhifəsini açacaq". SİA-nın məlumatına görə, bunu "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması ilə əlaqədar keçirilən mərasimdə BP prezidenti Robert Dadli bildirib.

R.Dadli deyib ki, saziş çərçivəsində 40 milyarddan çox sərmayə qoyaraq əməkdaşlıqlarına davam edəcəklər: "Biz bu günlərdə böyük əhəmiyyət daşıyan "Xankəndi" gəmisini istismara verdik. Bizim Azərbaycan qarşısındakı öhdəliklərimiz nəhəng platformalarla, gəmilərlə bitmir. Biz təhsilə də dəstək verir, bu sahədə layihələr həyata keçiririk. Eyni zamanda regionlarda biznesə dəstək verməklə icmaların inkişafını dəstəkləyirik. Biz Azərbaycan Milli Olimpiya və Paraolimpiya komitələrinə dəstək verir. Bizim əməkdaşlıq uğurla davam edəcək".

Müəllif: Nailə Məhərrəmova
loading...