Tereza Mey: "Saziş ölkələrimiz arasında əməkdaşlığın yeni mərhələsidir"

Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə dövlət naziri Alan Dunkan bu gün Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması ilə əlaqədar keçirilən mərasimdə baş nazir Tereza Meyin təbrik məktubunu oxuyub. SİA-nın məlumatına görə, təbriki oxumazdan öncə A.Dunkan Azərbaycanın uğurlu inkişafının şahidi olduğunu, iki ölkə arasında əlaqələrin daha da inkişaf edəcəyini söyləyib.

T.Meyin təbrikində isə bildirilir ki, bu gün imzalanan saziş Böyük Britaniya və Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın yeni mərhələsidir: "Əsrin müqaviləsi" ilk dəfə müstəqillikdən sonra Azərbaycan Xəzərdə resurslarından istifadə edib. Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Azərbaycan heç kimdən qorxmadan öz neftini dünyaya ixrac edib. 2020-ci ildə isə Azərbaycan qazının Avropaya ixracı başlayacaq. Sazişin imzalanması mərasimində iştirak edə bilmədiyim üçün üzr istəyirəm. Bu kontrakt əməkdaşlığımızı daha da gücləndirəcək".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə