Neft hasilatının azaldılmasına 118% əməl edilib

OPEC-ə üzv olmayan ölkələr Azərbaycan və Qazaxıstanın hesabına neft hasilatının azaldılmasına dair razılaşma üzrə plana 118% əməl ediblər. SİA xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (International Energy Agency, IEA) sentyabr ayı üzrə hesabatında deyilir.

Sənəddə qeyd edilib ki, avqustda sutkalıq hasilatı 30 min barrel (kvota 20 min barrel) azaldan Qazaxıstan plana təxminən 3 dəfədən çox əməl edib. Azərbaycan isə avqustda sutkalıq hasilatı 78 min barrel azaldıb ki, bu da 54 min barrel həcmində olan kvotadan 24 min barrel çoxdur. Ötən ay Meksikada sutkalıq hasilat 170 min barrel səviyyəsində olub. Razılaşmaya əsasən, Latın Amerika ölkəsi sutkada 100 min barrel neft hasil edə bilər.

Sutkalıq hasilatla bağlı 300 min barrel həcmində olan kvotaya əməl etməli olan Rusiya avqustda sutkada 316 min barrel neft hasil edib ki, bu da planın 105% səviyyəsində əməl olunduğundan xəbər verir.

Müəllif: Ruqiyyə Nəcəfzadə
loading...