"Turpaketlərimiz ən sərfəli formada müştərilərimizə təklif edilir” MÜSAHİBƏ

Son zamanlar Azərbaycanda turizmin inkişafına ciddi diqqət yetirilir. Amma bu sahə olduqca rəqabətli və dinamik olduğu üçün bir sıra məsələlər hələ də aktuallığını saxlayır. Turizmə aid aktual məsələlər, vacib məqamlarla bağlı suallarımızı “Alison Travel” turizm şirkətinin rəhbəri Nizami Mehdiyev cavablandırır.

- Nizami müəllim, öncə şirkətiniz barəsində məlumat verərdiniz.

- “Alison Travel” turizm şirkəti 2 ilə yaxındır ki, fəaliyyət göstərir. Şirkətimiz əvvəlcə Gürcüstanda fəaliyyətə başladı, lakin ölkəmizdə turizmin inkişafına biz də öz töhfəmizi verməmiz üçün bu ilin əvvəlində Azərbaycanda ofisimizin fəaliyyətinə başladıq. Şirkətin gənc olmasına baxmayaraq, çox təcrübəli və peşəkar komandaya malikik. Belə ki, mən özüm marketinq və xidmət sahəsində 10 ildən artıqdır ki, fəaliyyət göstərirəm və artıq son 4 ili həmçinin turizm sahəsində də fəaliyyətimi davam etdirirəm. Bundan əlavə təhsilimlə əlaqədar olaraq, Avropada yaşadığım müddətdə çoxlu sayda ölkələrə səyahət etmişəm, əksər Avropa ölkələrində, həmçinin Amerika və Asiyada olmuşam. Bu səhayətlər sonradan fəaliyyətimdə və turizm sahəsinin müəyyən incəliklərini bilməyimdə mənim üçün çox faydalı oldu. O üzdən biz müştəri məmnuniyyəti məsələlərini dərindən anlayırıq və buna hər bir xidmətimizdə nail olmağa çalışırıq. Bu da bizim fəaliyyətimizdə müştərilərimiz ücün düzgün və ucuz səyahət turunun seçilməsinə çox kömək edir. Eləcə də şirkətimizin işçiləri bu sahədə peşəkar və enerjili kadrlardır, turizm sahəsində kifayət qədər təcrübəyə malikdirlər. Biz müştərilərimizə onların müraciətləri və ya maraqlandıqları turlarla bağlı bütün detalları açıq və səmimi şəkildə izah edir, ən münasib, sərfəli və əsaslandırılmış qiymətləri təklif edirik.

- Hazırda şirkətiniz daha çox turizmin hansı istiqamətləri üzrə fəaliyyət göstərir?

- Şirkətimiz bir neçə istiqamətdə fəaliyyət göstərir. İstiqamətlərdən biri xarici turizmdir (Outbound tourism). Bütün turizm istiqamətləri üzrə individual və qrup turları təklif edirik. Turları təşkil edərkən xaricdə olan çoxsaylı partnyorlarımızdan faydalanırıq, müştərilərimiz üçün ən uyğun, ucuz və sərfəli turları təşkil edirik. Bütün məşhur turizm istiqamətləri üzrə turpaketlərimiz mövcuddur və bunlar ən sərfəli və rahat formada müştərilərimiz üçün hazırlanır. Bundan əlavə şirkətimiz kifayət qədər operativdir və qısa zaman ərzində turizm istiqamətindən asılı olaraq, yüksək peşəkarlıqla bütün təşkilatçılıq işlərini həyata keçirir.

Azərbaycandan xaricə gedən insanların təyyarə biletlərinin və otellərin bronlaşdırılmasını, sığorta xidmətlərinin, vizaların alınmasını da təşkil edirik. Xüsusilə vizaların alınmasında bacarıqlı olduğumuzu demək olar. Məsələn, az öncə ən çətin vizalardan sayılan Şengen vizası üçün 8 müraciətin 8-i də müsbət cavab aldı.

- Vizaların alınmasında göstərdiyiniz xidmət ödənişlidirmi?

- Xeyr, bu xidmət ödənişsizdir. Bizdən turpaket alan müştərilərimizə viza alınmasında təmənnasız xidmət göstəririk.

- Səyahət biletlərinin satışı ilə bağlı xidmətinizi necə qeyd edərdiniz?

- Bilet satışımızı xüsusilə qeyd etmək istəyirəm. Belə ki, xüsusi - yalnız turizm şirkətləri üçün adaptə olunmuş B2B sistemlərə birbaşa girişimiz vardır. Bu da bizə dünyanın istənilən istiqamətində ən uyğun, rahat və ucuz Aviabilet sifariş etməyimizə kömək edir. Bununla əlaqədar müştərilərimizə təklif etdiyimiz proses çox sadədir. Belə ki, dəyərli müştərilərimiz www.alisontravel.ue internet səhifəsinə daxil olaraq, orada göstərilən səyahət turizm paketləri, otellər ilə yanaşı, həmçinin aviabiletlərin sifarişini online qaydada və yaxud (012) 511 12 14 / (050) 494 94 99 əlaqə nömrələrinə zəng edərək edə bilərlər. Nəzərinizə çatdırmaq istərdim ki, bütün uçuş istiqamətləri, qiymətləri barədə məlumatlar və biletlərin bronlaşdırılmasını əməkdaşlarımız həftənin yeddi günü, 24 saat həyata keçirir.

- Daxili turizm ilə əlaqədar fəaliyyətiniz?

Daxili turizm şirkətimizin prioritet istiqamətlərindən biridir. Belə ki, son illərdə ölkəmiz bu istiqamətdə böyük addımlar atıb. Dövlətimiz bir çox mötəbər yarışların Azərbaycanda keçirilməsi ilə xarici turistlərin ölkəmizə böyük maraq göstərilməsini stimullaşdırıb. Alison Travel şirkəti olaraq biz də bu istiqamətdə töhvəmizi verməmiz üçün Azərbaycanda fəaliyyətə başladıq və bu istiqamətdə işlərimizi genişləndirməyə çalışırıq. “Inbound tourism” yəni Daxili turizmlə bağlı bir çox xarici turizm şirkətləri ilə sıx əməkdaşlıq edirik, onlara Azərbaycan tarixi və onun turizm potensialı haqqında geniş məlumat veririk. Hazırda, əsasən Körfəz ölkələri ilə çalışmağımıza baxmayaraq, yaxın gələcəkdə müştəri portfelimizi diversifikasiya edərək Avropa ölkələri, Rusiya, Ukrayna, Çin, Qazaxıstan kimi ölkələrdən Azərbaycana turistləri cəlb etməyi planlaşdırırıq.

Daxili turizmdə həmçinin öz vətəndaşlarımızın keyfiyyətli və yüksək səviyyədə istirahətinin Alison Travel tərəfindən təşkil edilməsini xüsusi qeyd etmək istərdik. Belə ki, həftəsonu Ölkədaxili qrup turlarının təşkilindən əlavə, individual şəkildə regionlarda müştərilərimiz üçün Otel sifarişləri və lazım olduğu zaman transferlər həyata keçiririk. Dəfələrlə qeyd etdiyimiz kimi, Alison Travel şirkəti olaraq Bakı və regionlarda fəaliyyət göstərən otellər ilə əməkdaşlıq müqaviləmiz mövcuddur və bu bizə müştərilərimiz üçün online sistemlərdə olan qiymətlərdən daha ucuz qiymət təklif etməyimizə imkan yaradır.

Odur ki, müştərilərimizə təklif edirik ki, hər hansı regiona gedərkən, bizimlə əlaqə saxlayıb otellər üzrə qiymət barədə maraqlansınlar, Endirimli qiymət təkliflərimizdən yararlansınlar.

- Şirkət olaraq turizmlə bağlı hansısa stimullaşdırıcı aksiyalar keçirirsinizmi?

- Bəli, bu baxımdan çox maraqlı və uduşlu aksiyalarımız olur. Məsələn, sosial şəbəkə istifadəçiləri üçün uduş aksiyası elan etmişdik. İstənilən “Facebook” istifadəçisi bizim “Facebook” səhifəmizə girib, səhifəni bəyənir, həmin aksiya elanının altına – şərh yerinə dostunu “tag” edir və həmin səhifəni öz səhifəsində bölüşür. Səhifəmizi bölüşən hər bir “Facebook” istifadəçisinin nömrəsi olur. Final keçiriləndə kimin nömrəsi qalib elan olunursa, ona hansısa ölkəyə gediş-gəliş üçün təyyarə bileti təqdim olunur. Çox böyük marağa səbəb olmuş bu aksiyada “Facebook” da 400, “İnstagram” da isə iştirak etmişdir və artıq bir nəfər qalibimiz müəyyənləşərək Bakı-Kiev-Bakı bileti qazanmışdır. Hazırda digər Aksiyamız keçirilir və şərtləri eyni olan Aksiyanın qalibi 2 (iki) nəfərlik Ölkədaxili həftəsonu tur qazanacaq. Bu cür uduşlu aksiyalardan gələcəkdə tez-tez keçirəcəyik, bu baxımdan istifadəçilərin bizim www.facebook.com/Alisontravel.euwww.instagram.com/alison.travel səhifələrini izləməsi, gələcəkdə bu cür uduş aksiyalarına qatılmaları, maraqlı və sərfəli turlardan xəbərdar olmalarına şərait yaradacaq.

- Son dövrlərdə Azərbaycana turist axını güclənib. Xüsusən də Yaxın Şərq və Körfəz ölkələrindən gələnlərin sayı dəfələrlə artıb. Bununla bağlı sizin şirkətin hansı strategiyası var və ümumiyyətlə, bu sahədə nələri təklif edərdiniz?

Qeyd etdiyimiz kimi, ölkəmizdə daxili turizm son illərdə əsaslı şəkildə inkişaf etməyə başlamışdır. Təbii ki, bu sahədə hələ görüləsi çox işlər var və dövlətimizin bu istiqamətdə göstərdikləri fəaliyyət təqdirəlayiqdir. Ölkəmizin böyük turizm potensialı var və yaxın gələcəkdə bu sahədə lider ölkələrdən birinə çeviriləcəyimizə inanırıq. Bunun tezliklə həyata keçməsi üçün, hər birimiz öz töfəmizi verməliyik və ölkəmizə gələn turistlərin məmnun qalması üçün əlimizdən gələni etməliyik. Bu istiqamətdə nəinki yalnız turizm şirkətləri, həmçinin prosesdə iştirak edən bütün tərəflərin – otel, restoranlar, bələdçilər, trasnfer şirkətləri və s. böyük çaba göstərmələri şərtdir. Qonşu Gürcüstan buna nümunədir və orada fəaliyyət göstərdiyimiz üçün proseslərə yaxından bələdik. Biz ilkin olaraq daxili turizm xidmətlərini orada başladıq və öz xarici partnyorlarımızı inandırdıq ki, eyni turizm xidmətlərini və keyfiyyəti Azərbaycanda da göstərəcəyik, bununla da onları ölkəmizə cəlb etdik. İndi isə əlimizdən gələni edirik ki, verdiyimiz vədlərə əməl edək və turistlərin ölkəmizdən məmnun qalmasını təmin edək.

Bütün xəbərlər Facebook səhifəmizdə