Bank BTB ödənişlərini "EasyPay" terminalları ilə də ödəmək mümkündür

Bank “BTB” ASC və “Easypay” MMC arasında olan əməkdaşlıq nəticəsində artıq Bank BTB-nin bütün növ ödənişlərini "EasyPay" terminalları vasitəsilə ödəmək imkanı yaradılıb. Belə ki, Bank BTB-nin istənilən müştərisi "EasyPay" terminallarında kredit ödənişlərini, depozit qalığının artırılmasını, ödəniş kartına bağlı və ya bağlı olmayan cari hesablarının balansının artırılmasını həyata keçirə bilər.

Bunun üçün "EasyPay" terminallarında Banklar bölməsində Bank BTB səhifəsi mövcuddur. Müştəri terminalda Bank BTB səhifəsinə keçdikdə 3 istiqamət üzrə ödəniş seçimi görəcək. Bunlar Kredit, Depozit və Hesablar seçimləridir. Müştəri istədiyi ödəniş istiqamətini seçəndən sonra, müştəri kodu və doğum tarixini daxil etməklə müvafiq səhifəyə keçid edib ödənişini həyata keçirə bilər. Ödəniş bitdikdə ödənişin həyata keçirilməsi barədə qəbz çap olunacaq.

Bank BTB-nin məhsul və xidmətləri, həmçinin filial və şöbələri haqqında (012) 946 nömrəli Məlumat Mərkəzindən, www.btb.az saytından və ya bankın "Facebook" səhifəsindən www.facebook.com/bankbtb ətraflı məlumat almaq mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə