Kərəm Həsənov Şabranda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənov 25 avqust 2017-ci il tarixdə Şabran rayonunda vətəndaş qəbulu keçirəcək. Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Şəmkir ilə yanaşı Siyəzən rayonundan olan vətəndaşların müraciətlərinə baxılacaq. Əmlak Məsələləri Dövlət Komitəsindən SİA –ya verilən məlumata görə, komitə sədri qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı sahəsinə aid olan müraciətlər, dövlət əmlakının özəlləşdirilməsi, torpaqların təyinatının qanunsuz dəyişdirilməsi, təyinatına zidd istifadəsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Qəbulda yuxarıda qeyd olunmuş Şabran və Siyəzən rayonlarından olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.

Qəbula yazılmaq istəyən vətəndaşlar online olaraq komitənin office@emdk.gov.az elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349)

Komitənin 13 saylı ərazi şöbəsi: (2332) 5-39-72, (2335) 3-26-84

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı ərazi idarəsi: (02335) 3-24-63, (02335) 3-43-71

Eyni zamanda vətəndaşlar Xaçmaz r. M.Ə.Rəsulzadə küç. 7b və Şabran şəhəri, AZ 1700, M.Ə.Rəsulzadə 39 ünvanlarına müraciət edərək qəbula yazıla bilərlər.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə