Dünya mərkəzi banklarının rəhbərləri harada toplaşacaq?

Dünyanın ən böyük mərkəzi banklarının rəsmiləri bu həftə FES-in ev sahibliyi ilə bir araya gələcəklər. FES idarə heyətinin rəhbəri Janet Yellen və Avropa Mərkəzi Bankının sədri Mario Draghi illik konfransa qatılanlar arasında olacaqlar.

Görüşün bazarlara təsir edəcəyi gözlənilir. Konfransda mərkəzi bankların pul siyasətləri, aşağı inflyasiya müzakirə mövzusu olacaq.

Qeyd edək ki, görüş ABŞ-ın Jackson Hole qəsəbəsində, 24-26 avqustda baş tutacaq.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə