Bakıda Regionlararası Forum təşkil olunacaq

Sentyabrın 28-də Rusiyanın Stavropol şəhərində VIII Rusiya-Azərbaycan Regionlararası Forumu təşkil olunacaq.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) SİA-ya verilən məlumata görə, Forumda Azərbaycan və Rusiyanın bir çox regionlarından rəsmi şəxslər və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edəcəklər.

Tədbir zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri ikitərəfli görüşlərdə özlərinə yeni tərəfdaşlar tapmaq və iş əlaqələri qurmaq imkanı əldə edəcəklər.

Stavropol forumunda iştirakda maraqlı olan sahibkarlar bu tədbirə (99412 598 01 47/48 (daxili: 108, 123, 119, 129); vmirzayev@azpromo.az) dəvət olunurlar.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə