"Səadan” yatağında yeni quyular istismara verilib

“Səadan” yatağında 1836 və 1847 nömrəli quyular qazmadan sonra istismara verilib. SOCAR-dan SİA–ya verilən məlumata görə, kompleks Qazma İşləri Tresti tərəfindən Qovundağ alt-Maykop Lay Dəstəsinə qazılmış quyular ştanqlı dalma nasosu üsulu ilə məhsul veribdir. Quyuların hər biri sutkalıq 4-5 ton neft hasilatı ilə istismar fonduna qəbul olunubdur.

Quyularda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə