Təbii qaz ixracı idxalı ötüb ABŞ-da

ABŞ son üç aydır ki idxal etdiyindən daha çox təbii qaz ixrac edir. Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb. Bildirilir ki, ölkənin təbii qaz ixracı ilin qalan aylarında, eləcə də gələn il artmaqda davam edəcək. Bundan başqa, Meksikaya ixracın artması, Kanadadan idxalın azalması və dəniz yolu ilə qlobal miqyasda LNG ixracının artması kimi amillərin təsiri ilə 2018-ci ildən sonra da bu proses davam edəcək.

2009-cu ildə Rusiyanı geridə qoyan ABŞ hazırda dünyanın ən böyük təbii qaz istehsalçısıdır. 2008-ci ildə gündəlik 1,5 milyard kubmetr qaz istehsal edən ABŞ 2016-cı ildə bu həcmi gündəlik 2 milyard kubmetrə çatdırıb. Ötən il hasil edilən təbii qazın 96 faizi ölkə daxilində istehlak edilib.

EIA-nın hesabatına görə, ABŞ-ın LNG ixracı da artacaq. ABŞ növbəti üç il ərzində reallaşdıracağı beş yeni layihə ilə (“Cove Point”, “Kameron”, “Elba Island”, “Freeport” və “Corpus Christi”) LNG istehsalını gündəlik 40 milyon kubmetrdən 270 milyon kubmetrə çatdıracaq.

loading...