VTB Rus mədəniyyəti mərkəzində kompüter sinfi açıb

Bank VTB (Azərbaycan) təhsil, mədəniyyət, idman və səhiyyə sahəsində olan layihələrə dəstək çərçivəsində Rus icması yanında Rus mədəniyyət mərkəzində kompüter sinfi açıb.

Yeni sinfin hesabına Rus mədəniyyət mərkəzində indi informasiya texnologiyalarının tədrisi üçün kurslar mövcuddur ki, bu da uşaqlara kompüter biliklərini artırmağa imkan verəcək. Kompüterlər həmçinin metodik vəsait kimi, rus dili və ədəbiyyatı kurslarında da istifadə olunur. Bundan başqa, uşaqlar internet şəbəkəsi vasitəsi ilə geniş məlumat bazasına da çıxış əldə ediblər.

Bank daima sosial-korporativ siyasəti çərçivəsində layihələr reallaşdırır, müxtəlif mədəniyyət və idman tədbirlərinə sponsor dəstəyi göstərir.

Qeyd edək ki, Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” MMC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub

Bütün xəbərlər Facebook səhifəmizdə