Bank VTB korporativ müştərilərə daha sərfəli əmanət təklif edir

Bank VTB (Azərbaycan) korporativ müştərilər üçün nəzərdə tutulan “Klassik” əmanət üzrə şərtləri yeniləyərək daha əlverişli edib. Əmanəti həm manat, həm dollarda yerləşdirmək mümkündür. Depozit üzrə minimal məbləğ 30 000 manatadək (və ya 30 000 dollaradək) endirilib. Manatla olan əmanətlər üçün faiz dərəcəsi 13%, dollarda olanlar üçün 3% təşkil edir.

Əmanətin faiz dərəcəsi həmçinin məbləğdən asılı olaraq dəyişir. Əgər məbləğ 100 000 manat (və ya 100 000 dolları) keçmirsə, müddətdən və faizlərin ödənilməsi şərtlərindən asılı olaraq manat depozitləri üçün faiz dərəcəsi 4,9%-dən 11%-dək, dollar depozitləri üçün isə – 2,5%-dək dəyişir.

Əmanət məbləği 100 000 manatdan 300 000 manatadək (və ya dollar) olduğu halda faiz dərəcələri milli valyutada olan depozitlər üzrə 12%-dək, dollarda olan əmanətlər üzrə isə 3%-dək arta bilər. 300 000 manatdan artıq vəsait yerləşdirildiyi halda gəlirlilik 13%-dək, dollarda olan əmanətlərdə isə 3%-dək yüksəlir.

“Klassik” əmanəti 3, 6 və 12 ay müddətinə yerləşdirilə bilər. Faizlər rüblük və ya depozit müddətinin sonunda ödənilir.

Qeyd edək ki, Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” MMC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub

Bütün xəbərlər Facebook səhifəmizdə