SOCAR-ın Xarici Təqaüd Proqramı Komissiyasının növbəti iclası keçirilib

SOCAR-ın xaricdə mütəxəssislərin hazırlanması üzrə Təqaüd Proqramı Komissiyasının növbəti iclası keçirilib.

SİA-nın verdiyi məlumata görə, Şirkətdən bildirilib ki, iclasda SOCAR-ın Xarici Təqaüd Proqramı çərçivəsində Böyük Britaniyanın Heriot-Vot Universitetində neft-qaz mühəndisliyi ixtisası üzrə magistr təhsilini başa vurmuş Rəcəb Nəbiyevin hesabat xarakterli təqdimatı dinlənilib. Məzun xaricdə təhsil aldığı ixtisas və ali təhsil müəssisəsi, eləcə də Azərbaycanın təbliği istiqamətində ictimai fəaliyyəti barədə komissiya üzvlərinə ətraflı məlumat verib. Hesabat dinlənildikdən və komissiya üzvlərinin müzakirələrindən sonra məzuna ixtisasına uyğun müvafiq iş yeri təklif edilib. İclasda, həmçinin proqrama müraciət edən 14 nəfər - 11 magistr və 3 bakalavr namizədin Təqaüd Proqramına qəbul olunması məsələsinə də baxılıb.

Qeyd edək ki, hazırda SOCAR-ın Xarici Təqaüd Proqramı çərçivəsində 23 nəfər təhsilini dünyanın nüfuzlu universitetlərində davam etdirir. Bundan əlavə, 256 nəfər təhsilini başa vuraraq geri qayıdıb, SOCAR-da ixtisaslarına uyğun işlə təmin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə