Dünya bazarında qızılın qiymətində kəskin bahalaşma qeydə alınıb. SİA-nın xəbərinə görə, COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 13,30 dollar artaraq 1 268,90 dollara, gümüş isə 0,24 dollar bahalaşaraq 16,70 dollara satılıb.

Amerika fond bazarında Dow Jones indeksi 0,45% - 21 711,01 bəndədək, S&P 500 0,70% - 2 477,83 bəndədək, NASDAQ isə 0,16% - 6 422,75 bəndədək bahalaşıb.

Avropa fond bazarlarında FTSE 100 indeksi 0,24% - 7 452,32 bəndədək, Almaniya DAX-ı 0,33% - 12 305,11 bəndədək, Fransa CAC-40-ı isə 0,56% - 5 190,17 bəndədək artıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə