Bu gün Azərbaycanda azad söz, azad mətbuat və azad jurnalistika var

Ölkəmizdə demokratik cəmiyyətin formalaşmasında jurnalistikanın və jurnalistlərin çox böyük rolu var. Elə təsadüfü deyil ki, ölkə başçısı İlham Əliyev hər zaman öz nitqində bildirir ki, jurnalistlər mənim köməkçilərimdir. Çünki, əsl jurnalist ağı qaradan seçməyi bacarır, doğru yolunu, düzgün istiqamətini seçir və heç nəyə baxmayaraq vətəninə, millətinə sadiq qalaraq xalqa xidmət edir. Jurnalistlərin əməyini daim qiymətləndirən və onlara dəyər verən, diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyev verdiyi Sərəcamlar ilə hər zaman jurnalistlərin yanında olduğunu sübut edir. Elə bunun nəticəsidir ki, jurnalistlər üçün artıq ikinci dəfə möhtəşəm bina tikildi və 255 nəfər jurnalist evlə təmin olundu. Bu addım ilə ölkə başçısı bir daha göstərdi ki, jurnalistlər daim diqqət və qayğı ilə əhatə olunub və verilən evlərdə müxalifət mətbuatından jurnalistlərin olması evlərin verilməsində ədalətli prinsipə əsaslandığını, Azərbaycanda azad söz, azad mətbuat, azad jurnalistika olduğunu bir daha göstərdi və Azərbaycan mətbuatının güzgü rolunu oynadığı bir daha aşkarlandı.

Qeyd edək ki, bu analoqu olmayan addım təkcə Azərbaycan xalqında sevinc yox, duyan və eşidən hər bir ölkə vətəndaşında, jurnalistində heyranlığa səbəb oldu. Çünki dünyada indiyədək belə bir addım atılmayıb. İlklərə imza atan Azərbaycan yenə də dövlət başçımız İlham Əliyevin başçılığı ilə bu analoqu olmayan ilkə 2013-cü ildə imza atdı. Lakin bütün bu addımlara kölgə salmaq istəyən, gözü götürməyən qüvvələr, dırnaq arası jurnalistlər haqları olub olmadan aranı qarışdırmağa belə bir möhtəşəm təşəbbüsü qaralamağa çalışırlar. Bilin ki, Azərbaycan xalqı həmçinin jurnalistlər ölkə başçısının daim yanındadır və təsadüfü deyil ki həmin jurnalistlər ölkə başçısını hər il özlərinin dostu seçirlər. Ürəkdən qəlbdən gələn bu istək, bu hiss hər addımda hər saniyədə öz sözünü deyir.

Aşağıdakı fikirlər isə bir daha bu səmimiyyətin sübutudur.

Elxan Salahov jurnalist: "Prezidentin jurnalistlərə hədiyyə etdiyi mənzillərin bölgüsünə dodaq büzənlərə sözüm var: “Çox çirkin görünürsünüz, qərəzli, xain və xoflu olduğunuz hər kəlmənizdə, hər addımınızda bəlli. Ətrafınızı bulandırmayın, dövlətin, dövlət başçısının bu xoşməramlı addımını gözdən salmağa çalışmayın. Mənzil bölgüsündən pay alan çoxlu sayda tanınmış jurnalistlər, buna haqqı çatan həmkarlarımız kifayət qədərdir. Bunu təsdiq edə biləcək onlarla nümunələr var və bu nümunələri hər kəs görür. Odur ki, əvvəlcə özünüz ədalətli və vicdanlı olun ki, başqalarını da yazdıqlarınıza inandıra biləsiniz”.

Məhərrəm Ağaoğlu jurnalist: "Prezident İlham Əliyevin jurnalistlərə göstərdiyi diqqət və qayğının əyani sübutu kimi 255 həmkarımıza mənzil verildi. “Mənzil alanların içərisində tanıdığım və haqqı çatan həmkarlarım da var, almayanlar da. İnşallah almayanlar da 3-cü binadan mənzil alarlar. Lakin bəzilərinin haqqı çatdı-çatmadı qaragüruhçuluq edərək nə məqsəd güddükləri anlaşılan deyil”.

Əhməd Məmmədov jurnalist: "Son günlər sosial şəbəkələrdə Milli Mətbuat Günü ərəfəsinfə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bilavasitə təşəbbüsü və təşkilatçılığı ilə jurnalistlər üçün hər cür şəraitə malik 255 mənzildən ibarət modern binanın tikilərək istifadəyə verilməsi və müasir Azərbaycan jurnalistikasının inkişafında xidmətləri olan insanlara təmannasız olaraq paylanması əleyhinə aparılan iyrənc, insanlıqdan uzaq kampaniya sözün əsl mənasında ağlı başında olan hər kəsdə ikrah hissi doğurur: “Yeni binadan mənzil alanlar arasında olan və 50 ilə yaxın müddətdə bu sahədə fasiləsiz çalışan veteran jurnalist kimi ən müqəddəs peşələrdən sayılan jurnalistika sənətindən xəbərsiz, diletantlığı ilə ad çıxarmış bu üzdəniraqların apardıqları şərəfsiz kampaniyanı lənətləyir, üzümü bu qaragüruhçulara tutaraq sizə ar olsun deyirəm”.

Zamin Məmmədov jurnalist: "Prezident İlham Əliyevin jurnalistlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində atdığı addımlar davamlı və ənənəvi xarakter almaqdadır. 22 iyul - Milli Mətbuat Günü ərəfəsində jurnalistlərə növbəti dəfə mənzillərin hədiyyə edilməsi Prezident İlham Əliyevin humanistliyinin növbəti bariz nümunəsidir. Bununla da sübut olundu ki, ölkə başçısı cənab İlham Əliyev hər bir vətəndaşın Prezidentidir və O, bunu apardığı uğurlu siyasəti ilə bir daha sübuta yetirmiş oldu.

Mənzil alan hər bir jurnalisti ürəkdən təbrik edir və yeni-yeni uğurlar arzulayıram".

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə