Fond 25 milyon manatlıq istiqraz yerləşdirib

Bu gün Bakı Fond Birjasında (BFB) “Azərbaycan İpoteka Fondu” ASC-nin ISIN nömrəsi AZ2019008682 olan faizli, adlı, sənədsiz istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

BFB-yə istinadən xəbər verir ki, hərraca hər birinin nominal dəyəri 1 000 manat olan 25 min ədəd istiqraz çıxarılıb.

Qiymətli kağızlar 1 008,83 manatdan təklif olunub və hamısı satılıb.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə